Ərəb Şeyxindən qızlarla bağlı təklif

Ərəb Şeyxindən qızlarla bağlı təklif
19:51 9 Yanvar 2015
175 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının müftisi Şeyx Əbdüləziz əş-Şeyxi 15 yaşına çatmamış qızlarla ailə qurmağın mümkün olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi İlahiyyatçılar Şurasına müraciət edib. Müraciətdə nikah üçün yaş həddinin 15 olması istənilib. Amma Şeyx bildirib ki, İlahiyyatçılar Şurası bu müraciətə rədd cavabı vermək niyyətindədir. Onlar iddia edirlər ki, guya İslam 15 yaşına çatmamış qızlarla ailə qurmağa icazə verir.

Səudiyyə Ərəbistanı DİN-i hələ iki il əvvəl uşaq nikahlarının qadağan ediməsilə bağlı müraciət etmişdi.

Müraciətdə uşaq nikahlarının sosial və psixoloji cəhətlərini, sağlamlıqla bağlı yarana biləcək problemləri nəzərə almaq, gəlinlərin tibbi müayinədən keçməsi istənilirdi.

Təkliflərdən biri də nikaha girənlərin yaşının elektron qeydiyyatı idi. Bununla erkən nikaha girən gəlinlərin dəqiq sayını müəyyən etmək mümkün olardı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR