Stolüstü tennisçilərimiz dünya çempionatına hazırlaşırlar

Stolüstü tennisçilərimiz dünya çempionatına hazırlaşırlar
12:33 8 Aprel 2015
43 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 13–dən Azərbaycanın stolüstü tennis üzrə yığma komandası üzvlərinin “Şüa“ İdman Sağlamlıq Kompleksində təlim–məşq toplanışı keçiriləcək. Baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə aprelin 21–dək davam edəcək toplanışda tennisçilərimiz texniki, fiziki və ümumi hazırlıq səviyyələrini artıracaqlar. Tədbirin keçirilməsində əsas məqsəd aprelin 26–dan mayın 3–dək Çinin Suçjou şəhərində keçiriləcək dünya çempionatına hazırlıqdır.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 126 ölkədən 600–dək idmançının qatılacağı çempionatda Azərbaycan 5 idmançı ilə təmsil olunacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stolustu_tennischilerimiz_dunya_chempionatina_hazirlasirlar-844500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR