"Azərbaycan-Əfqanıstan əlaqələri çox uğurla inkişaf edir"

Azərbaycan-Əfqanıstan əlaqələri çox uğurla inkişaf edir.

Metbuat.az--ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Hörmətli cənab Prezident, əziz qonaqlar, Azərbaycana bir daha xoş gəlmisiniz. Cənab Prezident, Sizi görməkdən çox məmnunam. Gəlişinizə görə minnətdaram. Bu, Sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir.

Əvvəlcə, mən Sizi və hökumətinizi ölkənizdə inkişaf sahəsində əldə etdiyiniz nailiyyətlərə görə təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün islahatların yaxşı sürətlə getməsini mümkün etdi. Şadam ki, əməkdaşlığımızın bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə bağlıdır”.

İlham Əliyev Azərbaycan və Əfqanıstanın dost və tərəfdaş olduğunu bildirib: “Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Bu gün keçirdiyimiz təkbətək görüşümüzdən sonra nümayəndə heyətlərimiz gündəliyimizi daha geniş şəkildə müzakirə edəcəklər. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm.

Cənab Prezident, bir daha xoş gəlmisiniz”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR