Bakıda valyuta fırıldaqları (FOTO)

Bakıda valyuta fırıldaqları (FOTO)
12:41 8 Aprel 2015
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşamdan etibarən Bakının valyuta bazarında müəyyən qədər gərginlik yaşanır.

ANS PRESS-in məlumatına görə, ABŞ dollarının yenidən 0.2 faiz bahalaşması əhalinin valyutadəyişmə məntəqələrinə axın etməsilə nəticələnib.

Valyutadəyişmə məntəqələrinə gələnlərin çoxu bu artımın davam edəcəyini düşünür. Bu səbəbdən də, əhalinin çoxu əllərdə olan manatlarını dollara çevirmək istəyir.

Bu fərziyələrlə banklara üz tutanlardan çoxu isə əliboş qayıtmalı olurlar. Çünki paytaxtın bir çox valyutadəyişmə məntəqələrində ABŞ dollarının satışı dayandırılıb.

ANS PRESS olaraq bir neçə bankda olduq. Öyrəndik ki, bankların çoxu valyutadəyişmə xidmətini dayandırıb.

Lakin kiçik valyutadəyişmə məntəqələrində isə ABŞ dolları müxtəlif qiymətlərə dəyişiklik özünü göstərir. Banklardan fərqli olaraq burada həm dollar, həm də avro alınıb-satılırdı.

Dəyişikliyə əsasən indi kiçik məntəqələrdə ABŞ dollarını müxtəlif qiymətlərə satırlar. Hazırda valyutadəyişmə məntəqələrində bir dollar 1.0620, 1.0785-dən satırdılar. Lakin bəzi bank filiallarında dollar 1.0572-yə idi. Lakin həmin məntəqələrdə dollar yox idi.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

Bu gündən isə dolların qiyməti manata nisbətən 0.2 faiz bahalaşdı.

Mərkəzi Bankdan da dolların kəskin bahalaşacağı ilə bağlı şayiələrə aydınlıq gətirilib.

Bunu ANS PRESS-ə açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirdi.

Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".





















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=336612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR