Çin: kimya zavodunda üç gün əvvəl başlamış yanğını hələ də söndürmək mümkün olmayıb

Çin: kimya zavodunda üç gün əvvəl başlamış yanğını hələ də söndürmək mümkün olmayıb
12:43 8 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Çin yanğınsöndürənləri artıq üç gündür ki, Cjançjou şəhərində yerləşən neft-kimya müəssisəsində tüğyan edən yanğınla mübarizə aparırlar. Yanğınla mübarizəyə 170-dən artıq texnikanın cəlb olunduğu bildirilir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, aprelin 6-da zavodda neft sızması nəticəsində güclü partlayış baş verib. Partlayış dalğası yaxınlıqdakı binaları zədələyib və ətrafdakı evlərin pəncərə şüşələrini sındırıb.
Partlayışdan sonra istehsalat binalarında, həmçinin neftlə dolu üç anbarda yanğın başlayıb. Hadisədən bir sutka sonra yanğınsöndürənlərin səyi nəticədə yanğını lokallaşdırmaq mümkün olsa da, bu gün səhər alov yenidən nəzarətdən çıxıb.
Yerli KİV-lərin məlumatına görə, hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHin_kimya_zavodunda_uch_gun_evvel_baslamis_yangini_hele_de_sondurmek_mumkun_olmayib-844504

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR