Mədəniyyət və turizm naziri media nümayəndələri ilə görüşüb

11:43 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin respublikamızda fəaliyyət göstərən informasiya agentlikləri və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri, qəzet redaktorları ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları, Üçüncü Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr, birinci Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi kimi mühüm məsələlər müzakirə olunub.
Görüşdə nazir Ə.Qarayev son illər rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən danışıb.
Bildirilib ki, son aylarda nazirliyin daxilində aparılan struktur dəyişikliklər işin daha səmərəli qurulmasına, yeni dövrün tələblərinə cavab verən layihələrin reallaşmasına xidmət edir.
MŞ-nin sədri Əflatun Amaşov belə görüşlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, bu görüşlər media təmsilçilərinə rəhbər qurumların nümayəndələri ilə hər hansı problemin, mövzunun müzakirəsinə və həllinə müsbət təkan verir. İlin sonunadək bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Müasir Azərbaycan mətbuatının inkişafından söz açan Ə.Amaşov bu sahədəki problemlərə də toxunub.
Sonra Ə.Qarayev görüşdə nəzərdə tutulan mövzularla bağlı geniş məlumat verib, hazırlıq işlərindən, medianın bu prosesdəki rolundan və digər məsələlərdən danışıb.
Tədbir müzakirələrlə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Medeniyyet_ve_turizm_naziri_media_numayendeleri_ile_gorusub-844505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR