“Mançester Yunayted” bu üç futbolçuya görə 105 milyon funtundan keçməyə hazırdı

“Mançester Yunayted” “Liverpul”un yarımmüdafiəçisi Rahim Sterlinq uğrunda mübarizəyə qoşulub. “Mankunyanlar”la yanaşı, Avropanın bir sıra nəhəng komandaları ingilis futbolçunu “Enfild”dən ayrı salmaq üçün cəhd göstərirlər.

MY Sterlinqin müqabilində qarşı tərəfə 50 milyon funt ödəməyə hazırdı. Metbuat.az-ın məlumatına görə, Lui Van Qal təkcə bu transferlə kifayətlənmək niyyətində deyil. Hollandiyalı mütəxəssis rəhbərlikdən daha iki futbolçunun transfer edilməsini istəyib. Bunlar Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels və PSV-nin vinqeri Memfis Depaydı.

“Qırmızı şeytanlar” alman futbolçuya görə 35 milyon funtundan keçməyə razıdı. Depayın transferi isə 20 milyon funt dəyərində qiymətləndirilir. Əgər adlarını sadaladığımız üç futbolçunun transferi baş tutsa, ümumilikdə MY-nin kassasından 105 milyon funt əksiləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR