Sumqayıt Dövlət Dram Teatrı aprelin 11-də Türkiyənin Menemen bələdiyyəsinin təşkil etdiyi 7-ci "İnadına" teatr festivalina yola düşəcək.
Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, festivalda Azərbaycanı təmsil edəcək Sumqayıt Dövlət Dram Teatrı Əziz Nesinin "Öldür məni, can-ciyər" tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşu teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmova məxsusdur. Tamaşada əməkdar artistlərdən Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərov oynayırlar. Festival çərçivəsində tamaşa aprelin 16-da oynanılacaq.
Milli.Az