İran Kərkük nefti üçün boru kəməri çəkəcək

İran Kərkük nefti üçün boru kəməri inşa edəcək.

Metbuat.az verir ki, bu barədə İranın neft naziri Bijən Namdar Zəncənə deyib. Nazir bildirib ki, Kərkük-Kasrı Şirin neft boru kəməri çəkiləcək.

İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi isə Kərkük neftinin ixracına dair bir neçə variantın olduğunu bildirib.

Qeyd edək ki, Kərkükdən Türkiyənin Ceyhan limanına da yeni neft kəməri çəkiləcək.

Xatırladaq ki, İraq Kürdüstan Regional Rəhbərliyində (İKRR) keçirilən müstəqillik referendumundan sonra Kərkükdəki neft yataqlarına nəzarəti ələ keçirilməsindən sonra rəsmi Bağdadın Kərkükdən neft tədarükü dayanmışdı. İraq hökuməti və İKRR Kərkükdən neft nəqlini iki ayrı boru kəməri ilə həyata keçirməyə başlamışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR