Bakıda baş verən faciəvi hadisə ilə bağlı AÇIQLAMA

Bakıda baş verən faciəvi hadisə ilə bağlı AÇIQLAMA
12:49 8 Aprel 2015
231 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Prokurorluğu Binəqədidə baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir: “Aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR