Alimlər ölüm tarixini təxmin edən

"Stanford Universiteti"nin alimləri insanların səhhəti barədə ətraflı məlumat verə biləcək yeni texnologiya şəbəkəsi ərsəyə gətirib.

Metbuat.az-ın məlumatına görə, cihaz xəstənin qarşıdakı 3-12 ay ərzində üzləşə biləcəyi çətinliklər və səhhətindəki digər dəyişiliklər barədə əvvəlcədən xəbər verə bilir. Hesabat o qədər ətraflı olur ki, həkimlər həmin məlumatlar əsasında xəstənin ölüm tarixi barədə ehtimal da irəli sürə bilir.

Cihaz həkimlərə xəstə barədə tövsiyələr də verir. Bütün bunlar isə həkimlərə xəstələr barədə düzgün müalicə istiqaməti seçməsinə imkan yaradır.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR