Bakıda ölən fəhlənin tanınmış iş adamının şirkətində çalışdığı məlum olub

Bakıda ölən fəhlənin tanınmış iş adamının şirkətində çalışdığı məlum olub
12:52 8 Aprel 2015
85 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda fəhlənin ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə “Report”a Baş Prokuroroluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, “Şərur” MTK tanınmış iş adamı İsfəndiyar Axundova məxsusdur.




Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-olen-fehlenin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR