Azərbaycanlı müğənni: "Mən barda oxumuram..."

Azərbaycanlı müğənni: "Mən barda oxumuram..."
12:52 8 Aprel 2015
231 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimova barda oxuması ilə bağlı xəbərə münasibət bildirib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yayılanları şayiə adlandırıb:

"Aprelin 4-də ailə dostlarımızla birlikdə ad günümü qeyd edirdim. Yaxınlarımın təkidi ilə səhnəyə çıxıb, mahnı oxudum. Bunu kənardan izləyən bir nəfər fotolarımı və videomu çəkib, sayta verib. Onun ailəmi yanımda görməməsi mümkünsüzdür.

Ayıb olsun. Mən barda oxumuram, ailəmlə birlikdə ad günümü keçirirdim. Məni bu cür qələmə verən insanları qınayıram. Sosial şəbəkədə həqiqəti bilmədən məni qınayan və xoşagəlməz ifadələr işlədən insanlara etiraz edirəm. Demək istəyirəm ki, məni tanıyan bu səpkili cümlələrə inanmamalıdır. İnsanları təhqir etməkdən aldığınız zövqü heç cür başa düşə bilmirəm".

Qeyd edək ki, Ceyhun İzər adlı türk vətəndaşı ilə ailə quran İ.İbrahimova İstanbulda yaşayır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR