Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb

12:52 8 Aprel 2015
89 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 12:45 ]


Bakı. Hafiz Heydərov – APA. Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən, 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq, aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR