İstanbulu qana bulayan terrorçunun məhv edildiyi təsdiqləndi

İŞİD terrorçusu Axmet Çatayev bir həftə bundan əvvəl Tiflisdə baş vermiş 20 saatlıq atışmalar zamanı öldürülən üç silahlıdan biridir.

Metbuat.az-ın məlumatına görə, o, keçən il İstanbul aeroportundakı partlayışı təşkil etməkdə şübhəli bilinib.Gürcüstanın dövlət təhlükəsizliyi orqanının bildirdiyinə görə, DNT testlərindən sonra məlum olub ki, Çatayev mühasirəyə alınmış mənzilində özünü partladıb.

Qeyd edək ki, İstanbul hücumunda 45 nəfər həlak olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR