23 dərəcə isti olacaq, külək əsəcək

23 dərəcə isti olacaq, külək əsəcək
12:54 8 Aprel 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10, gündüz 14-18 dərəcə isti olacaq. 

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR