Neft ucuzlaşmağa başladı

Neft ucuzlaşmağa başladı
12:56 8 Aprel 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanın mart üzrə neft hasilatının statistik göstəriciləri dərc olunduqdan sonra dünya üzrə neft qiymətləri bir qədər ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, Brent markalı neftin may füçersləri 0,15% ucuzlaşaraq barrel üzrə $58,24-ə düşüb. Texas nefti üçün may füçerslərinin qiyməti isə 1,80% ucuzlaşaraq barrel üzrə $52,94 olub.

Mart ayında Səudiyyə Ərəbistanı gündə 10,3 milyon barrel neft hasil edib. Səudiyyə Ərəbistanının neft naziri Əl əl-Nəimi bildirib ki, gələcəkdə də günlük neft hasilatı 10 mln barrel səviyyəsində qalacaq.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336620

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR