Husilərə hücuma keçdi (VİDEO)

Husilərə hücuma keçdi (VİDEO)
12:56 8 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin Şabva vilayətində İranın dəstəklədiyi iddia olunan husi üsyançılarına qarşı mübarizə aparmaq məqsədilə yerli qəbilələr qrup halında birləşiblər.

ANS TV-nin məlumatına görə, husilər Yəmənin əsas neft sənayesi mərkəzlərindən biri olan Şabva vilayətində yeni hücum əməliyyatları keçirməyə başlayıblar. Vilayətin ucqar bölgələri artıq son bir aydır ki, husilərlə yerli qəbilələr arasında döyüş meydanına çevrilib. Qəbilə qruplaşmaları mübarizəyə ağır hərbi texnika ilə davam etməyə başlayıblar. Bu məqsədlə təmas xəttinə tanklar cəlb olunub.

Üsyançılara qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qüvvələri yaradılıb. Koalisiya qırıcıları mart ayının 26-dan Yəməndə Husilərin mövqelərini bombalamağa başlayıb. Paytaxtda əməliyyatlar ötən gün də davam edib.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR