Pakistanda ölənlərin sayı artdı -

Pakistanın Peşəvər şəhərində dəhşətli terror aktı törədilib.

Metbuat.az-ın məlumatına görə, 4 naməlum şəxs Kənd Təsərrüfatı universitetinin yataqxanasının ərazisinə soxularaq, tələbələrə atəş açıb. Nəticədə 12 nəfər həlak olub, daha 37 tələbə yaralanıb. Ərazini mühasirəyə alan təhlükəsizlik qüvvələri terrorçuları zərərsizləşdirmək üçün əməliyyata başlayıb.

2 saata qədər davam edən atışmadan sonra silahlılar məhv edilib.

Qeyd edək ki, yataqxana 120 tələbə üçün nəzərdə tutulub. Lakin bu gün Pakistanda istirahət günü olduğundan, tələbələrin çoxu yataqxanada olmayıb. Hadisəyə görə məsuliyyəti Taliban terror qruplaşması öz üzərinə götürüb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR