Pxenyan Vaşinqtonla dialoqa başlamaq üçün

Koreya Xalq Demokratik Respublikası Koreya yarımadasında sülhün təmin olunması üçün ABŞ-la dialoqa hazırdır.

Metbuat.az-ın məlumatına görə, lakin bunun üçün Vaşinqton Şimali Koreyamı nüvə dövləti kimi tanımalıdır. Pxenyanla bağlı danışıqlarda vasitəçi qismində iştirak edən Rusiya Dövlət Dumasının deputatı Vitaliy Yaşin bu barədə məlumat verib.

Onun sözlərinə görə, Pxenyan danışıqlar üçün arqument qismində özünün nüvə başlıqlı raketlərini göstərir:

“Onların silahı Birləşmiş Ştatların istənilən nöqtəsinə çata bilər. Pxenyan istəyinə çatdı. İndi onlar amerikalılarla danışıqlar masasına oturmağa hazırdır”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR