Play Store

​Gürcüstan məhkəməsi narkotik vasitələrin istifadəsini leqallaşdırıb

Gürcüstanın Konstitusiya məhkəməsi narkotik vasitə hesab olunan çətənə və marixuananın istifadəsini leqallaşdırıb.

Metbuat.az-ın məlumatına görə, məhkəmədən bildirilib ki, bu kimi maddələrin hazırlanması, əldə olunması, şəxsi istifadə üçün kiçik miqdarda saxlanılması bundan sonra qanuna zidd sayılmayacaq.

Qeyd edək ki, məhkəməyə belə bir iddia ilə müxalifətyönlü “Qirçi” partiyası müraciət etmişdi. Prosesdə cavabdeh qismində iştirak edən parlament isə marixuanadan istifadənin qanunazidd olduğunu isbatlamalı idi. Lakin deputatlar insanların narkotik vasitələrin təsirində olarkən cinayət əməlləri törətdiyini sübut edə bilməyib

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR