​ABŞ YPG-PYD terrorçularına verdiyi

ABŞ Suriyadakı YPG-PYD terrorçularına verdiyi bütün növ atıcı silahları geri alacaq.

Metbuat.az-ın məlumatına görə, Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Erik Pahon “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, geri alınacaq döyüş sursatları arasında Türkiyənin təhlükəsizliyinə təhdid dörədən zirehli texnikalar da var.

Onun sözlərinə görə, Vaşinqton artıq Türkiyə tərəfinə qruplaşmaya verilmiş silahların siyahısını təqdim edib. Qeyd edək ki, Birləşmiş Ştatlar PYD terrorçularını 2015-ci ilin əvvəllərindən silahlandırmağa başlayıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR