Havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək

Havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək
12:57 8 Aprel 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 23 dərəcəyə kimi yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Aprelin 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcəyədək isti, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR