DYP-nin postunda saxlanılan avtomobildən narkotik tapıldı

DYP-nin postunda saxlanılan avtomobildən narkotik tapıldı
12:59 8 Aprel 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Yol polisinin saxladığı avtomobildən narkotik vasitə tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 5-də Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün BDYPİ YPXA-nın İsmayıllı  rayonu ərazisindəki daimi postunda saxlanılıb. Bu zaman avtomobildəki 2 sərnişin avtomobildən düşərək qaçıb.

 

Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı RPŞ-yə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198616

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR