Müdafiə Nazirliyinin Hospitalında şuntlama əməliyyatı

Müdafiə Nazirliyinin Hospitalında şuntlama əməliyyatı
19:54 9 Yanvar 2015
239 Sosial
Ölkə mətbuatı
A- A+

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında uğurlu cərrahi əməliyyatlar həyata keçirilib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına ağır miokard infaktı diaqnozu ilə daxil olan xəstə Vasif Xanışova Hospitalın Ürək-Damar Mərkəzində təxirəsalınmaz yardım göstərilib. Xəstə hərbi tibb müəssisəsinə təxliyə olunduqdan sonra onun üzərində təcili anjioqrafik müayinə və aorta koronar şuntlama əməliyyatı icra olunub. Xəstənin həyati təhlükəsi aradan qaldırılaraq müalicəsi uğurla davam etdirilib və hospitaldan bu gün kafi vəziyyətdə evinə buraxılıb.


Digər bir xəstə Elman Muradzadə isə "hər iki ağciyər arteriyasının ağır (massiv) tomboemboliyası və sol aşağı ətrafın bütün venalarının tamamən trombozu" diaqnozu ilə ağır vəziyyətdə hospitalın Ürək-Damar Mərkəzinə təxliyə olunmuşdur. 
Xəstəyə ağciyər tromboemboliyasında dünyada ən müasir müalicə üsulu olan gücləndirilmiş ultrasəs dalğaları və selektiv trombolizis proseduru həyata keçirilərək (EKOS) ağciyərdəki və aşağı ətrafdakı tromblar 18 saat ərzində əridilərək uğurlu nəticə əldə edilib.
Müalicəsi uğurla başa çatdırılan E.Muradzadə də kafi vəziyyətdə evinə yazılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR