Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Hanı qəbul edib.
"Report" Azərbaycan XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Aİ və Azərbaycandan arasında münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini, eləcə də Avropa genişlənmə və qonşuluq siyasətinin yenilənməsi məsələsini müzakirə ediblər.
Y.Hanın Azərbaycana səfəri aprelin 9-da başa çatacaq.
Qeyd edək ki, yaxın 4 ay ərzində Aİ Avropa Qonşuluq Siyasəti proqramına yenidən baxılması məsələsinə dair məsləhətləşmələr aparır. Yenilənən proqramın oktyabr ayına qədər qəbul olunacağı gözlənilir.