Tikintidə fəhlənin ölməsi ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilir

13:03 8 Aprel 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
“Şərur” mənzil-tikinti kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Nahid Əliyevin aprelin 7-də yıxılaraq aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tikintide_fehlenin_olmesi_ile_bagli_cinayet_isi_uzre_istintaq_davam_etdirilir-844513

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR