Fransada aviadispetçerlərin tətili başladı

Fransada aviadispetçerlərin tətili başladı
13:05 8 Aprel 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada aviadispetçerlər 48 saatlıq tətilə başlayıblar
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, aviadispetçerlər pensiya yaşının artırılmasına və əmək şərtlərinə qarşı etiraz edirlər.

Ölkənin ən böyük həmkarlar ittifaqı tərəfindən təşkil olunan aksiya aviauçuşların qrafikinə ciddi təsir edə bilər. Fransa Mülki Aviasiya İdarəsi artıq aviaşirkətlərdən bu günlərdə beynəlxalq reyslərin yarısını təxirə salmağı xahiş edib.

Aprelin sonunadək aviadispetçerlərin həmkarlar ittifaqı daha 7 gün tətil etmək fikrindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR