Polisi görüb ikisi də qaçdı

13:05 8 Aprel 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Narkotacirlər bütün tədbirlərə və cəzalara rəğmən, gəlirlərini itirməmək üçün müxtəlif yollara əl atırlar. Amma bu yolların qarşısını polis kəsəndə maraqlı hadisələr də yaşanır.

Belə maraqlı hadisələrdən biri İsmayılı rayonunda yaşanıb. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi tərəfindən İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb. Bu zaman 2 sərnişin avtomobildən düşərək qaçıb.

Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Sürücü İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib.

Gülər
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/333391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR