Azərbaycana avtomobillərin idxalı azalıb

Azərbaycana avtomobillərin idxalı azalıb
13:07 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 8 aprel. REPORT.AZ/ Son dövrdə Azərbaycanda tətbiq edilən "Avro-4" ekoloji standartı ilə bağlı ölkəyə gətirilən nəqliyyat vasitlərinin sayı azalıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
A.Əliyevin sözlərinə görə, ölkəyə avtomobil idxalının həcmində azalma var: “Bu da avtomobillərin gətirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərlə bağlıdır. Bəzi dırnağarası işbazlar köhnə maşınları sərhəddən keçirərək ölkə daxilində qeyri-rəsmi satışını təşkil edir. Yaxud da həmin avtomobillərin əsas hissələrini çıxararaq, satışını həyata keçirirlər. Gömrük orqanları buna qarşı ciddi tədbirlər görür”.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerbaycana-avtomobillerin-idxali-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR