Rənglərin dəriyə təsiri (FOTO)

Rənglərin dəriyə təsiri (FOTO)
13:11 8 Aprel 2015
482 Sosial
Ölkə mətbuatı
A- A+

Rəngarəng qidalanaraq dərinin gözəlliyini qorumaq mümkündür. ANS PRESS rənglərin dərinin gözəlliyi üçün təsirini təqdim edir:

Bənövşəyi rəng - gəncləşdirir, gözəlləşdirir

Dəri sağlamlığı deyiləndə ilk ağla gələn rəng bənövşəyi olmalıdır. Meyvə tərəvəzə bənövşəyi rəngi verən piqment "antosiyanin"dır. Bu piqment hüceyrələri qoruyur, yaşlanmağı gecikdirir. "Antosiyanin"lərin ən çox olduğu meyvə üzümdür. Bu maddə ilə qaragilə, böyürtkən, albalı, qırmızı kələm və badımcan da zəngindir.

Üzüm toxumu yağı tokoferol (E vitamini) ilə zəngindir. Bunun üçün də kosmetik məhsullarda geniş istifadə edilir. Çalışın üzümü yeyəndə toxumlarını çıxarmayın.





Yaşlanmaya qarşı yaşıl

Yaşlanmada büyük rolu olan günəş şüalarının zərərli təsirlərini azaltmağa kömək edən rənglər arasında yaşıl da var. Yaşıl qrupuna daxil olan meyvə-tərəvəz güclü antioksidant və C vitamini mənbəyidir.




Ağ-ləkələrə qarşı

C vitamini, kaliumlə zəngin olan heyva ağ rəng qrupuna daxildir. Heyvə dərinin ən yaxın dostudur. Heyva ultrasəs şüaların dəridəki mənfi təsirlərini azaldır, ləkələri aradanq aldırır.
Ağ rəng qrupuna daxil olan sarımsaq, soğan selenlə də zəngindir. Yeməklərdə geniş istifadə edilməlidir.




Xərçəngə qarşı qırmızı

Sağlamlığımız üçün ən önəmli rənglərdən biri də qırmızıdır. Pomidor, qreypfrut, qarpız, it burnunun tərkibindəki likopen bir çox xərçəng növündən qoruyan güclü antioksidantdır. Bu maddə xüsusilə dəri xərçəngi riskini azaldır.




Narıncı dəri problemlərinə qarşı

Narıncı rəngli balqabaq, yerköke, manqo, ərik beta-karoten sayəsində immuniteti gücləndirir. Antioksidan xüsusiyyəti olan beta-karoten eyni zamanda yaşlanmanı da gecikdirir. Vitamin A isə dərinin yağ balansını tənzimləyir.
Ananas isə dərinin kolajen ehtiyatını yeniləyir, qan dövranını yaxşılaşdırır və sellülitdən qoruyur.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=336554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR