TÜRKİYƏ: 27 yaşlı azərbaycanlı qadının dəhşətli cinayəti...

Türkiyənin Konya şəhərində 27 yaşlı Azərbaycan vətəndaşı Aysel E. sevgilisi 34 yaşlı Ümid Gökeri qətlə yetirib.

Qadın kişinin arxasınca 50 metrə yaxın qaçıb, ona çatanda isə yeddi bıçaq zərbəsi endirib.

Araşdırma zamanı məlum olub ki, Aysel Ümidlə birgə ağır vəziyyətdə olan doqquz aylıq körpəsini həkim müayinəsinə gətirib. Həkimlər körpədə boğulma əlamətlərini aşkar ediblər və anaya bildiriblər ki, uşağın beyninə oksigen getmir.

Bundan sonra qadın xəstəxanadan çıxaraq Ümidin avtomobilinə əyləşib. Çantasından bıçaq çıxardan Aysel sevgilisini vurmaq istəyib. Ümid avtomobildən çıxaraq qaçmağa çalışıb. Lakin qadın ona çataraq yeddi bıçaq zərbəsi endirib. 27 yaşlı Azərbaycan vətəndaşı olan Aysel polis tərəfindən saxlanılıb.

Bildirilir ki, Aysel bundan əvvəl ailəli olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq, Ümid Gökerlə birgə yaşamağa başlayıb. //Oxu.az

Mənzildən oğurlanmış qızılın bir hissəsi tapıldı - DİN

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR