Dövlət Statistika Komitəsi Azərbaycanın bütün rayonlarında ev təsərrüfatlarının sənaye fəaliyyətini öyrənib

12:12 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 13:07 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin oktyabr-noyabr aylarında Dövlət Statistika Komitəsi tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, müayinəyə 9 579 ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5559-u (58%) şəhər, 4020-si (42%) kənd yaşayış məntəqələrini əhatə edib.

 

İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar: emal edilmiş süd - 418,5 min ton, təzə çörək - 392,1 min ton, ət istehsalı (quş əti daxil olmaqla) - 137,6 min ton, süd məhsulları - 102,5 min ton, meyvə və tərəvəz konservləri - 43,4 min ton, kompot - 40,9 min ton, mürəbbə və cem - 32,5 min ton, tort, pirojnalar və digər şirniyyat məmulatları - 28,8 min ton, meyvə və üzümdən alınan spirt - 94,1 min dekalitr, şərab - 59,5 min dekalitr, xalça və xalça məmulatları - 1,0 min kv. metr olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR