Play Store

İki piyadanı öldürən sürücü tutulub - DİN

İki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış Şəmkir rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər.

Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.

Bakıda silah-sursat tapılıb - DİN


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR