Yarış günü artırıldı

Yarış günü artırıldı
19:57 9 Yanvar 2015
275 İdman
Ölkə mətbuatı
A- A+

Şağan Olimpiya Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start verilib.

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 150-dən çox idmançı gücünü sınayır. Turnirin ilk günündə 23 döyüş keçirilib. Son Azərbaycan kubokunun qalibi Araz İmaməliyev bu dəfə yeni çəki dərəcəsində (52 kq) çıxış etməsinə baxmayaraq, ilk görüşdə asanlıqla qalib gəlib. O, Əli Nəbiyevi 1-ci raundda texniki nokautla üstələyib.
 
56 kq çəki dərəcəsində yarışan Fərid Ağamoğlanov da ilk qarşılaşmada aşkar üstünlüklə qalib gəlib. “Rabitə”nin üzvü Abşeron boksçusu Əsgər Rəhimovu məğlub edib. Gənclərdən ibarət milli komandamızın üzvü Tayfur Əliyev isə Ceyhun İbrahimlini mübarizədən kənarlaşdırıb – 2:1.
Azərbaycan kubokunun finalçısı Romal Aslanov (69 kq) ilk mərhələni döyüşsüz qələbə ilə başa vurub. Onun rəqibi Allahverdi Vəliyev rinqə çıxmaqdan imtina edib. Bu çəki dərəcəsində mükafatçılar sırasına düşməyə namizəd olan Elnur Süleymanov isə Lənkəran nümayəndəsi Məhərrəm Məmiyevi məğlub edib.
 
75 kq çəki dərəcəsində qələbəyə əsas namizədlərdən sayılan Kamran Şahsuvarlı (Qəbələ İK) lənkəranlı Taleh Fərzili üzərində texniki nokautla qələbə qazanıb.
Qeyd edək kİ, əvvəlcədən yarışın yanvarın 12-də başa çatması nəzərdə tutulsa da, iştirakçıların çoxluğu səbəbindən təşkilatçılar finalı ayın 13-ə təyin ediblər.

İlk günün nəticələri:

52 kq
İsmayıl Ağayev (Lənkəran) – Sərxan Babayev (Gilan) TKO R-2
Ümid Rüstəmov (Rabitə) – Kamran Məlikov (Gilan) 0:2
Qoşqar Səfərli (DİN İC) – Rövşən Cəfərov (Ağdam) TKO R-1
Halduz Musayev (Astara) – Dilqəm Hüseynov (Sumqayıt) 1:2
Rizvan Əhmədov (Ağdaş) – Mehdi Seyidov (Rabitə) WO
Əli Nəbiyev (“Neftçi”) – Araz İmaməliyev (Gilan) TKO R-1

56 kq
Fərid Ağamoğlanov (Rabitə) – Əsgər Rəhimov (Abşeron) TKO R-1
Tayfur Əliyev (Naxçıvan) – Ceyhun İbrahimli (“Neftçi”) 2:1

60 kq
Vüsal Məmmədov (Gilan) – Vüsal Verdiyev (Gəncə) TKO R-2
Səxavət Həsənov (Ağdam) – Pərviz Səfərçinov (Qəbələ) 0:3

69 kq
Ramal Aslanov (“Gilan”) – Allahverdi Vəliyev (“Naxçıvan” İK) WO
Pərviz Hüseynov (“Gilan”) – Fəqan Hüseynov (“Gilan”) 3:0
Elnur Süleymanov (“Qızıl Əlcək”) – Məhərrəm Məmiyev (Lənkəran) TKO R-2
Əlixan Cəfərov (Şirvan) – Yuriz Allahverdiyev (Naxçıvan) 3:0
Orxan Xasmməmədov (DİN İC) – Ruslan Qasımov (“Neftçi”) 0:3
Coşğun Əliyev (“Rabitə”) – Sənan Məmmədov (MOİK) TKO R-2
Zamin Əlizadə (“Neftçi”) – Tural Hüseynov (MOİK) 1:2
Roman Zakirov (“Rabitə”) – Tamerlan Məmmədov (“Sərhədçi”) 3:0

75 kq
Kamran Şahsuvarlı (“Qəbələ”) – Taleh Fərzili (Lənkəran) TKO R-2
Gülhüseyn Ağazadə (“Rabitə”) – Ruhin Şabanov (“Qəbələ” İK) 0:3
Nəbi Bağırov (“Təhsil”) – Bəxtiyar Nadirov (Siyəzən) TKO R-2
Niyazbek Xalayev (“Qızıl Əlcək”) – Zəfər Ağamalıyev (Naxçıvan) WO
Yusif Ağayev (“Sərhədçi”) – Həbibulla Məhəmmədov (“Gilan”) TKO R-2

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR