Elmi şuranın iclasında ötən il yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat dinlənilib

13:13 8 Aprel 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 8-də Bakı Dövlət Universitetində (BDU) elmi şuranın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, ali məktəblərin rektorları, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin üzvləri, tanınmış alimlər iştirak ediblər.
Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə edilməsinin vacib məsələlərdən olduğunu bildirib, universitetin ötən il qazandığı uğurlardan danışıb.
Sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri barədə hesabat məruzəsi ilə çıxış edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elmi_suranin_iclasinda_oten_il_yerine_yetirilmis_elmi_tedqiqat_isleri_barede_hesabat_dinlenilib-844518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR