Bu görüntülər Bakıda çəkildi - VİDEO

Bakıda 114 nömrəli avtobusun sürücüsü avtoşluq edib.

Metbuat.az xəbər verir ki, Bakıda metronun "20 Yanvar" stansiyasından Abşeron rayonu Pirəkəşkül qəsəbəsi istiqamətinə hərəkət edən 114 saylı marşurt avtobusunun sürücüsü "Yol hərəkəti qaydaları"nı kobud şəkildə pozub. Belə ki, sürücü yüksək sürətlə hərəkət edərək yolda avtobusu yerində fırladıb.

"Xəzər Xəbər"ə göndərilən kadrlardan da aydın olur ki, avtobusun içərisində sərnişin yoxdur. Hadisənin isə Bakı-Pirəkəşkül yolunda qeydə alındığı bildirilir. Sürücü yolda digər avtomobillərin gəlməməyindən istifadə edərək avtoşluq edir. Nəticədə həm özü, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır.

114 saylı marşrut xətti "Xaliq Faiqoğlu" şirkətinə məxsusdur. Şirkətin əməkdaşı Tofiq Rəhimov bildirdi ki, həmin hadisə bir müddət əvvəl baş verib. Həmin avtobusu isə Qulu adında bir sürücü idarə edirmiş. Məsələ şirkətdə araşdırılaraq sürücü və xəttə nəzarət edən şəxs barəsində ciddi qərar qəbul olunub.

Yol polisindən isə bildirildi ki, məsələ araşdırlacaq və qanuna uyğun şəkildə sürücü cəzalandırlacaq. Onu İnzibati Xətalar Məcəlləsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun bir il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə və işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs gözləyir.//Xezerxeber

Derbidə "Qalatasaray" məğlub oldu - SON DƏQİQƏ - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR