Yəməndə silahlı toqquşmalar nəticəsində

Yəmənin paytaxtı Sənada üsyançı husilərlə ölkənin sabiq prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında baş verən silahlı toqquşmalar nəticəsində 100-dən çox insan həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə ərəb telekanalı məlumat yayıb.

Hadisə nəticəsində husilər daha çox itki veriblər. Digər mənbələrdən bu məlumatı təsdiq və ya təkzib etdirmək mümkün deyil.

Tərəflər arasında iriçaplı pulemyotlar, mina və qumbaraatanlardan istifadə olunmaqla baş verən silahlı toqquşma çərşənbə günündən davam edir.

Günün qoroskopu - Arzuya doğru inamla qaçırsınız - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR