Xoşbəxt Yusifzadəyə həsr olunmuş “Fədakar” filminin təqdimat mərasimi keçirilib

20:02 9 Yanvar 2015
141 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 19:59 ]


Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzində Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunan “Fədakar” filminin təqdimat mərasimi keçirilib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak ediblər.

 

Ekran əsəri Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.

 

Əsas obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Şamil Süleymanov və başqaları canlandırıblar.

 

Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədov, ssenari müəllifi Eldar İsgəndərzadədir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR