10 nəfərin yaralandığı qəza ilə bağlı - Son məlumat

Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Pajero" markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıb.

Məlumata görə, qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı, Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.

Qəzada xəsarət alan Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır.

Qəzada yüngül xəsarət alan digər 4 nəfərə ambulator yardım göstərilib.//APA

Azərbaycanda dəhşətli qəza - 10 yaralı var - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR