Play Store

İlk "Bitcoin" milyarderləri məlum oldu

Əkiz qardaşlar Kameron və Teylor Uinklvossov "Bitcoin"ə qoyduqları sərmayə nəticəsində bu sahədə ilk milyarder olublar.

Böyük Britaniyanın "Telegraph" qəzetinə istinadən verilən məlumata görə, Uinklvossov qardaşları 2013-cü ildə 11 milyon dollar müqabilində dünyadakı "Bitcoin" ehtiyatlarının 1 faizini alıblar.

Həmin vaxt 1 "Bitcoin"in dəyəri 120 dollar olub. Ötən dövr ərzində "Bitcoin"in dəyər 100 dəfəyə qədər artıb və hazırda 11 min 594 dollar təşkil edir. Beləliklə, 4 il əvvəl Uinklvossov qardaşlarının "Bitcoin"ə qoyduğu sərmayə onların milyarderə çevrilməsinə səbəb olub. //APA

Yupiterdəki qeyri adi buludların görüntüsü yayıldı - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR