Yağış suları basan evin sakinləri xilas edildi

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Əməliyyat başa çatıb.

Yupiterdəki qeyri adi buludların görüntüsü yayıldı - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR