BMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıb

BMT: Müsəlmanlara qarşı etnik təmizləmə aparılıb
20:05 9 Yanvar 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin Mərkəzi Afrika Respublikası üçün yaratdığı İstintaq Komissiyası bu ölkədə müsəlmanlara qarşı etnik təmizləmənin aparıldığı qənaətinə gəlib.

Trend-in Türkiyənin "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, bununla belə, komissiya soyqırım dəlili tapılmadığına dair qərar verib.
BMT-nin Təhlükəsizlik Şurasına təqdim edilən yekun məruzədə bildirilir ki, ölkədəki çevrilişdən sonra baş vermiş hücumlar nəticəsində 6 min insan öldürülüb.
 
Qeyd edək ki, 2013-cü ilin martında Afrika ölkəsində Seleka qrupunun lideri Mişel Cotodia dövlət başçısı Fransua Bozizeni devirdikdən sonra xristian "Anti-Balaka" silahlı qruplaşması ölkədə bütün müsəlmanlara hücuma başlamışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR