Bu meyvənin qabığı özündən

Tərkibi çoxlu vitaminlərlə zəngin meyvələrdən biri də naringidir.

Metbuat.az xəbər verir ki, bu meyvənin qabığı özündən daha faydalıdır.

Onun hansı xəstəliklərə faydalı oıduğunu təqdim edirik:

Bronxit
1 stəkan qaynanmış suya iki yemək qaşığı naringi qabığı əlavə edin. Bir saat gözləyin və sonra için. Bunu gündə üç dəfə içərək, bronxiti sürətli və təbii bir şəkildə aradan qaldıracaqsınız.

Öskürək

Qabıqları xırda-xırda bölün və qurudun. 1 stəkan isti suyun içinə 2 yemək qaşığı qurudulmuş qabıq atın. 1 həftə boyu sərin bir yerdə saxlayın. 1 həftənin sonunda qabıqları çıxarın və suyu şüşə balona tökün. Gündə üç dəfə hər yeməkdən qabaq içərək, öskürəyinizi sağalda bilərsiniz.

Burun tıxanıqlığı Kiçik ağızlı bir balona bir neçə dənə naringi qabığı atın və üzərinə isti su əlavə edin. 10 dəqiqə boyunca buxarını nəfəsinizə çəkin. Nəfəsinizin açıldığını, rahatlaşdığınızı və burun tıxanıqlığınızın aradan qalxdığını görəcəksiniz.

Həzm problemləri
Qurudulmuş və ya çəkilmiş portağal və naringi qabığı istifadə edə bilərsiniz. Hazırlayacağınız tozu, yeməklərinizə və ya şirniyyatlarınıza əlavə edərək mədə ağrılarınızı və həzm problemlərinizi azalda bilərsiniz.

Ayaq göbələyi

Bir həftə boyu gündə iki dəfə olmaqla göbələyin olduğu yerə qabıqları qoymalı və ovmalısınız.

Günün qoroskopu - Ehtiyatlılıq tələb olunur - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR