Azərbaycanda mahnı oxuyan eşşək (VİDEO)

Azərbaycanda mahnı oxuyan eşşək (VİDEO)
20:06 9 Yanvar 2015
199 Digər
Ölkə mətbuatı
A- A+

İndi mahnı oxumaq yaman dəbə minib. Hər yerindən duran oxuyur və qazanır. İnsanların bu məharətini görən bəzi heyvanlar da ifaçılıq eşqinə düşüb. Niyə də olmasın. Hamı kimi ulaq da oxuyub populyarlaşmaq, pul qazanmaq, telekanalların efirindən düşmək istəyir.

Azərbaycan ərazisində çəkilən klip böyük maraq doğurub. Belə ki, bir nəfər gənc oğlan eşşəyə mahnı öyrədir. Hələ bu azmış kimi, onunla birlikdə xor da ifa edir. Əl və ağız hərəkətləri ilə Allahın bu məzlum heyvanına dirijoruq edən Toğrul adlı şəxs eşşəklə birlikdə məharətini göstərir.

Sosial şəbəkələrdə uzunqulaqla bağlı epizoda belə reaksiya verilib: "Bəzi əldəqayırma müğənniləri oxutmaqdansa, eşşəyi anqırdaraq oxutmaq daha yaxşıdır."

ANS PRESS 40 saniyəlik klipin videosunu oxuculara təqdim edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR