“FBİ-nin nüfuzunu yaxın zamanlarda geri qaytaracağıq” - Donald Tramp

ABŞ prezidenti Donald Tramp, Federal Təhqiqatlar Bürosunun (FBİ) keçmiş direktorunun Hillari Klinton haqqında apardığı istintaqın dürüst olmadığını iddia edib.

Metbuat.az-ın məlumatına görə, Donald Tramp bu barədə fikirlərini Tvitter hesabında yazıb. O, Maykl Flinnlə (eks Milli Təhlükəsizlik Məsləhətçisi) bağlı istintaqı dayandırmağı da əsla istəmədiyini bildirib. Tramp bir çox media qurumlarını "fake news" (yalan xəbər) verməkdə günahlandıraraq, FBİ şefi Ceyms Komeyin iddiaları ilə xəbər hazırladıqlarını ifadə edib.

Komeyin rəhbəri olduğu dövrdə FBİ-ın nüfuzunun aşağı düşdüyünü bildirən ABŞ lideri, yaxın zamanlarda təşkilatın keçmiş nüfuzunu geri qaytaracaqlarını bildirib.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR