Play Store

Hər an nüvə müharibəsi başlaya bilər - Yüzlərlə qırıcı havadadır...

Bir neçə gün öncə ABŞ torpaqlarını vura biləcək ballistik raket sınağı keçirən Şimali Koreya, Cənubi Koreya və ABŞ-ın ortaq hərbi təlimlərinin bölgəni nüvə müharibəsinə sövq etdiyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Trampı “ruhi xəstə” adlandıran Pxenyan rəhbərliyi, təlimlərin onsuz da gərgin olan vəziyyəti qəfildən daha da alovlandıracağı xəbərdarlığını edib. Ölkənin iqtidar qəzeti olan “Rodonq”dakı yazıda deyilir: “Hərbi təlimlər açıq-aşkar provakasiyadır, bu, hər an nüvə müharibəsinə səbəb ola bilər”.

Qeyd edək ki, Vaşinqton və Seul, bu il ərzində 20-dən çox raket sınağı keçirən Kim Çen Ina “göz dağı” vermək üçün nəhəng hərbi təlimlərə başlayıb. Təlimlərdə yüzlərlə döyüş təyyarəsi Koreya Yarımadası üzərində uçacaq.

ABŞ-ın çoxlu sayda döyüş təyyarəsinin iştirak etdiyi təlim bu günə qədərki ən böyük təlim sayılır. Təlimdə ABŞ-ın “ruh qırıcıları”ndan da istifadə edilir. Məşhur bombardmançı “B-1B Lancers” də həftə ərzində Koreya Yarımadası üzərində uça bilər. “Reuters”in xəbərinə görə, hərbi təlimlərdə təxminən 12 min amerikalı əsgər iştirak edir.

Hərbi təlimlər zamanı yeni raket sınağının keçirilməsindən və ya təhlükəli yaxınlaşmanın olmasından çox qorxulur. Vaşinqton tərəfində də müharibənin başlayacağı fikirləri hakimdir. Həftə sonu Ağ evdə açıqlama verən milli təhlükəsizlik üzrə məsləhətçi HR McMaster bildirib ki, Şimali Koreya ilə müharibə ehtimalı gün keçdikcə daha da artır: “Bu problemin silahlı qarşıdurmadan əlavə də həll yolları var, amma indi bu bir yarışdır. Çünki təhlükə gedərək daha da yaxınlaşır və vaxt az qalıb”.

Günay Elşadqızı / METBUAT.AZ

“FBİ-nin nüfuzunu yaxın zamanlarda geri qaytaracağıq” - Donald Tramp


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR