Trampın Qüdslə bağlı qərarı nə olacaq?

Yaxın Şərqi alovlandıra biləcək yeni açıqlama üçün geri sayım başlayıb.

Metbuat.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bu həftə Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını elan edə bilər. ABŞ prezidentinin Qüdslə bağlı qərarını dünya ilə paylaşması çərşənbə günü gözlənilir.

Fələstin lideri Mahmud Abbas isə bir çox ölkənin və beynəlxalq təşkilatların rəhbərlərinə məktub yazaraq, Trampın qərarının dayandırılmasını istəyib. O, Avropa Birliyinə, Afrika Birliyinə, Ərəb Birliyinə, Birləşmiş Millətlər Təşkilatına, İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmayanlar Hərəkatına və “Yaxın Şərq Kvarteti”nə məktublar göndərib. Ərəb Birliyi, Fələstinin tələbi ilə bağlı sabah fövqəladə iclas keçirəcək.

1995-ci il tarixli ABŞ Səfirliyinin Qüdsə köçürülməsini nəzərdə tutan qanunun altı aylıq dayandırılması vaxtı yaxın günlərdə bitəcək.

Qeyd edək ki, İsrail, Qüdsü paytaxtı kimi göstərsə də, bu, dünyada qəbul edilməyib. Fələstinlilər isə paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin tanınmasını istəyirlər.

Günay Elşadqızı / METBUAT.AZ

Hər an nüvə müharibəsi başlaya bilər - Yüzlərlə qırıcı havadadır...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR