Play Store

Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq

Bakutel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi və konfransı çərçivəsində yeni şəxsiyyət vəsiqələrinin təqdimatı keçiriləcək.

Bunu sərginin açılışına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ildən başlanılacaq: “Şəxsiyyət vəsiqələrində elektron imzalar yazılacaq. Elektron imzaların yazılması ödənişsiz həyata keçiriləcək. Bununla da hər bir vətəndaş elektron xidmətlərin üstünlüklərindən yararlana biləcək”.

Qeyd edək ki, BakuTel-2017 sərgisi dekabrın 5-dən 8-dək keçiriləcək.//Trend

Qaçırdığı avtomobillə qəza törədən şəxs - Saxlanıldı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR