Sumqayıtda da pulsiz “Wi-Fi” olacaq

Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib.

Bu barədə Metbuat.az-a “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib.

Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması ilə bağlı işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”

Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhərinin ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması ilə məşğul olur. Bugünədək paytaxtın 17 parkında belə şəbəkələr yaradılıb.

"Qalatasaray" prezidentindən Fatih Terimlə bağlı - AÇIQLAMA - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR